ABŞ maliyyə naziri Vaşinqtonda Ukraynanın baş naziri ilə görüşəcək
Aprel 19
01:24
2022
ABŞ-ın maliyyə naziri Canet Yellen Vaşinqtona səfəri çərçivəsində Ukraynanın baş naziri Denis Şmıqalla ikitərəfli danışıqlar aparacaq.
"Report” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Yellen Vaşinqtonun Kiyevə güclü dəstəyini bir daha təsdiq edəcək, həmçinin ABŞ-ın Ukraynadakı hərbi əməliyyatı ilə əlaqədar Rusiyaya qarşı tədbir görmək və Ukraynaya əsas yardım” ötürmək niyyətini vurğulayacaq.