ABŞ müdafiə naziri ilə bağlı impiçment prosesi başlanıla bilər
Yanvar 09
10:53
2024
ABŞ Nümayəndələr Palatasında respublikaçı Mett Rozendeyl keçən həftə xəstəxanaya yerləşdirildiyi barədə Ağ Evə və Konqresə məlumat vermədiyinə görə müdafiə naziri Lloyd Ostinin impiçmenti üçün qətnamə təqdim etməyi planlaşdırdığını açıqlayıb.
M.Rozendeyl yanvarın 9-da Nümayəndələr Palatasının iclasında impiçment qətnaməsini təqdim etməyi planlaşdırır.
Onun sözlərinə görə, L.Ostin Vaşinqtondakı Uolter Rid Milli Hərbi Tibb Mərkəzində qalması ilə bağlı məlumatı açıqlamamaqla vəzifə andını pozub və ABŞ xalqının həyatını təhlükəyə atıb.