SON XƏBƏR

ABŞ Putin, Lavrov və Şoyquya qarşı sanksiyalar tətbiq edib

Fevral 26
04:53 2022
ABŞ-ın Maliyyə Nazirliyi Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya Prezidenti Vladimir Putin və Rusiyanın xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edib.

"Report” xəbər verir ki, bu barədə nazirliyin bəyanatında deyilir.

"Bu gün ABŞ müttəfiqlərimiz və tərəfdaşlarımızla koordinasiyada Rusiyanın Ukraynaya əsassız, təxribatsız və qəsdən hücumuna Rusiya prezidenti Vladimir Putin və Rusiyanın xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq etməklə güclü cavab verməyə davam etdi”, - ABŞ-ın Maliyyə Nazirliyinin məlumatında deyilir.

ABŞ Dövlət Departamenti isə Ukraynada baş verən hadisələrə görə Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimova qarşı sanksiyalar tətbiq edib. Xəbəri ABŞ-ın Maliyyə Nazirliyi yayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook