ABŞ qoşunlarını Suriya-Türkiyə sərhədindən geri çəkməyə başlayıb
Oktyabr 07
11:38
2019
ABŞ qoşunlarını Suriya-Türkiyə sərhədindən geri çəkməyə başlayıb.
APA-nın "Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə PKK terror təşkilatının Suriya qanadı olan YPG məlumat yayıb.
Məlumata əsasən, bu, ABŞ-ın Türkiyə ordusunun Suriyanın şimalına hərbi əməliyyatlara başlamasına razılıq verməsindən sonra baş verib.
YPG ABŞ-ın onlara verdiyi sözə əməl etməyərək, qoşunlarını Suriyanın Türkiyə ilə sərhədindən geri çəkdiyini bəyan edib.
YPG-dən onu da bildiriblər ki, onlar Türkiyənin Suriyanın şimalına edəcəyi hərbi əməliyyatlar zamanı özlərini müdafiə edəcəklər.