SON XƏBƏR

ABŞ rəsmi olaraq Pekin Olimpiadasını diplomatik boykot elan edib

Dekabr 07
02:25 2021
ABŞ rəsmiləri Pekin Qış Olimpiya Oyunlarında iştirak etməyəcək.

"Report” xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Çin Xalq Respublikasında insan haqları pozuntularını nəzərə alaraq, Bayden administrasiyası 2022-ci ildə keçiriləcək Pekin Qış Olimpiya və Paralimpiya Oyunlarına diplomatik və ya rəsmi nümayəndə heyəti göndərməyəcək.

O, diplomatik boykotun amerikalı idmançıların Olimpiadada iştirakına təsir etməyəcəyini vurğulayıb: "ABŞ komandasının idmançılarını evdə yüz faiz dəstəkləyəcəyik”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook