ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv etmək niyyətində deyil
İyul 20
09:53
2022
ABŞ administrasiyası Rusiya tərəfi beynəlxalq normaları pozduğu müddətcə rəsmi Moskvaya ixrac məhdudiyyətlərini saxlamaq niyyətindədir.
"Report” xəbər verir ki, bunu ABŞ-ın ticarət nazirinin sənaye və təhlükəsizlik üzrə müavini Alan Estevez Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib.
"Rusiya beynəlxalq normaları pozduqca, biz ixrac məhdudiyyətləri ilə bağlı bu ölkəyə qarşı sanksiyaları davam etdirəcəyik”, - deyə o bildirib.
Estevez qeyd edib ki, ABŞ administrasiyasının sanksiyaların ləğvi və Rusiya ilə normal ticarət əlaqələrinin bərpasını müzakirə edib-etməməsi barədə məlumatı yoxdur.
"Mən ABŞ prezidenti Cozef Baydenlə danışmamışam və bununla bağlı Rusiya ilə aparacağımız hər hansı müzakirələrdən xəbərim yoxdur”.