ABŞ Üsamə bin Ladenin oğlunun başına 1 milyon mükafat qoydu
Mart 01
11:03
2019
ABŞ Üsamə bin Ladenin oğlu Həmzə bin Ladenin başına 1 milyon dollar mükafat qoyub.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyi açıqlama yayıb. Açıqlamada Həmzə bin Laden Əl-Qayidə terror qruplaşmasının daxilində yüksələn lider kimi qiymətləndilir və onun 2015-ci ildən bəri qruplaşma üzvlərini ABŞ bazalarına hücum etməyə təşfiq edən videolar çəkərək, 2011-ci ildə öldürülən atası Üsamə bin Ladenin qisasını almağa çalışdığı ifadə edilir.
Həmzə bin Ladenin adı 2017-ci ildə beynəlxalq terrorçular siyahısına salınıb və bu səbəbdən ABŞ-dakı bütün sərvəti dondurulub.
"ABŞ Xarici İşlər Nazirliyi Ədalət Üçün Mükafat Proqramı çərçivəsində Əl-Qaidənin önəmli liderlərindən Həmzə bin Ladenlə bağlı kimlik və məkan məlumatı üçün 1 milyon dollar təklif edir", - deyə açıqlamada qeyd olunur.