ABŞ Senatı 2023-cü ilin 858 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib
Dekabr 16
08:27
2022
ABŞ Konqresinin Senatı cümə axşamı keçirilən iclasda ölkənin 2023-cü maliyyə ili üçün (oktyabrın 1-dən başlayaraq) müdafiə büdcəsi layihəsini 858 milyard dollar məbləğində təsdiqləyib.
"Report" xəbər verir ki, iclası C-SPAN telekanalı yayımlayıb.
Sənədi 83 deputat dəstəkləyib, 11 deputat əleyhinə çıxıb. Bundan əvvəl bu layihə ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən də təsdiqlənmişdi. Sənəd imzalanmaq üçün Prezident Cozef Baydenə göndəriləcək.
Bundan əlavə, büdcə layihəsində Asiya-Sakit okean regionunda müdafiənin qarşısının alınması üçün 11,5 milyard dollar vəsaitin ayrılması nəzərdə tutulur.