ABŞ Senatı Çin və Ümumdünya Səhiyyə Təşkilatı ilə bağlı araşdırmaya başlayır – Koronavirusa görə
Aprel 14
14:16
2020
ABŞ Senatının daxili təhlükəsizlik və hökumət məsələləri üzrə Komitəsi koronavirusun meydana gəlmə və yayılma şəraiti, burada Çinin və Ümumdünya Səhiyyə Təşkilatının oynadığı rolu araşdırmağa başlayır.
Musavat.com xəbər verir ki, bu barədə Komitənin sədri Rın Conson Politico nəşrinə müsahibəsində məlumat açıqlayıb. Onun sözlərinə görə, o və həmkarları həm ABŞ-da, həm də onun hüdudlarından kənarda koronavirusun meydana çıxması, yayılması və ona qarşı tədbirlərin həyata keçirilməsi intensivliyini araşdıracaqlar.
Araşdırma ilk növbədə virusun Çində meydana gəlmə şərtlərini,eyni zamanda Pekinin və ÜST-nin onun yayılmasının qarşısını almaq üçün qədər effektiv tədbirlər həyata keçirdiklərini üzə çıxarmağa istiqamətlənəcək: "Bütün bunlar haradan başladı? İnfeksiyanın heyvandan insana keçməsi faktı həqiqətən baş veribmi? Yoxsa Çində tutalım ki, ən zərərsiz məqsədlə - koronavirusun digər tiplərinə qarşı dərman hazırlanan laboratoriyadan sızmamı olub? Biz həmçinin ÜST-nin virusun meydana çıxması ilə bağlı məlumatların gizlədilməsindəki rolunu da araşdırmalıyıq”.
Araşdırmada iştirak edən senator Rik Skott isə daha açıq danışıb: "Biz kommunist Çinə inana bilmərik, həmçinin bizə məlum oldu ki, ÜST-yə də inanmaq olmaz, çünki onlar bizə yalan deyiblər”.