ABŞ Senatı Rusiyadan uran almağı qadağan etdi – Moskva daha bir gəlir mənbəyini itirir
May 01
12:02
2024
Çərşənbə axşamı ABŞ Senatı nüvə stansiyalarında elektrik enerjisi istehsalı üçün yanacaq kimi istifadə edilən az zənginləşdirilmiş uranın ABŞ-yə idxalını qadağan edən qanun layihəsini təsdiqləyib.
Vayominq senatoru Con Barasso deyib: "Bizim qanunvericilik Rusiya döyüş maşınının ləğvinə kömək edəcək, Amerikada uran istehsalını canlandıracaq və nüvə yanacağı tədarükü zəncirinə investisiyaları stimullaşdıracaq”.
Onun sözlərinə görə, Vayominqdə Rusiyadan gətirilən uranı tamamilə əvəz etmək üçün kifayət qədər uran ehtiyatı var.
Aydaho senatoru Cim Riç isə deyib ki, Amerikanın Rusiya ilə zənginləşdirilmiş urandan təhlükəli asılılığına son qoyulmalıdır. "Bu, milli təhlükəsizlik məsələsidir. Qanunvericiliyi təsdiq etməklə biz Rusiyanın qlobal nüvə yanacağı təchizatı sisteminə nəzarətini dayandırmağa kömək edəcək mühüm addım atdıq", - senator qeyd edib.
Ötən il Rusiya ABŞ-yə uran satışından 1,2 milyard dollar gəlir götürüb ki, bu da əvvəlki illə müqayisədə 43 faiz çoxdur. Son bir ildə uranın dünya bazarında qiyməti 70 faiz artıb. Rusiya ABŞ-yə əsas uran ixracatçısıdır.