ABŞ sülh razılaşması üçün Ermənistan və Azərbaycanla çalışmağa davam edəcək
Sentyabr 13
11:31
2023
Biz Ermənistanla Azərbaycan arasındakı vəziyyəti həll etmək üçün çalışmağa davam edəcəyik.
"Dünən də qeyd etdiyim kimi, dövlət katibi son bir həftə ərzində çoxsaylı təmaslarla şəxsən bu prosesdə iştirak edib. Son 24 saat ərzində Ağdam marşrutu ilə Qarabağa humanitar yüklərin bir partiyası keçib və ona görə də biz bu məsələnin vacibliyi ilə bağlı konkret məqamı bir daha təkrar edəcəyik: qısamüddətli məsələ kimi hər iki dəhlizin açılması və daha uzunmüddətli məsələ kimi isə iki ölkənin yekun razılığa gəlməsi”, - o vurğulayıb.