ABŞ sülhməramlıların Qarabağdan çıxarılmasına münasibət bildirib
Aprel 18
15:31
2024
"Bu, Rusiyanın etibarlı müttəfiq olmadığının daha bir nümunəsidir”.
"AzPolitika" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiya sülhməramlı qoşunlarının Dağlıq Qarabağdan vaxtından əvvəl çıxarılmasını şərh edərkən deyib.
"ABŞ Rusiya ordusunun Cənubi Qafqaz regionunun dinc və sabitliyinə töhfə verdiyini göstərən heç nə görməyib. Dağlıq Qarabağda ötən ilin payızında baş verən hadisələr buna misaldır”,-deyə o bildirib.