SON XƏBƏR

ABŞ Türkiyəni yeni sanksiyalarla hədələdi

Oktyabr 17
09:17 2019
Ankara Suriyanın şimalındakı "Sülh bulağı" əməliyyatını dayandırmazsa, ABŞ Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq edəcək.
 
Qlobal.az Trend-ə istinadən xəbərr verir ki, bunu ABŞ-ın maliyyə naziri Stiven Mnuçin deyib.
 
Daha əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, vitse-prezident Mayk Pens və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək danışıqlar uğurla yekunlaşmazsa, Türkiyə iqtisadiyyatını "dağıdıcı" nəticələr gözləyir.
 
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Sülh bulağı" adı altında hərbi əməliyyatlara başlayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook