SON XƏBƏR

ABŞ Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq edəcək

Avqust 17
00:11 2018
ABŞ maliyyə naziri Stiven Mnuçin Vaşinqtonun Türkiyəyə qarşı əlavə sanksiyalar tətbiq etmək niyyəti barədə bəyanat verib. Virtualaz.org xəbər verir ki, bu barədə məlumatı "Bloomberg” yayıb.

Vaşinqton Türkiyədə həbs edilmiş rahib Endrü Bransonun azad edilməsini tələb edir. Ankara rahibi terrorçuların dəstəklənməsində ittiham edərək bundan imtina edir.

Avqustun 10-da ABŞ Türkiyə alüminium və poladına gömrük rüsumlarını müvafiq olaraq 50 və 20 faiz yüksəldib. Buna cavab olaraq, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-da istehsal olunan bütün elektronika məhsullarına boykot elan edib və ABŞ məhsullarına rüsumıları xeyli artlrıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook