ABŞ uyğur məsələsində Türkiyəni dəstəklədi
Fevral 19
16:51
2019
"Çin 2017-ci ilin aprelindən indiyədək 800 min - 2 milyon uyğuru və başqa müsəlman azlığa mənsub qrupları kütləvi düşərgələrdə saxlayır”.
Bildirilib ki, ABŞ Türkiyə Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı açıqlamasına qoşulur. Həmin açıqlamada vurğulanmışdı: "Özbaşına həbslərə məruz qalan bir milyondan çox uyğur türkünün kütləvi düşərgələrdə, həbsxanalarda işgəncə və siyasi cəhətdən beyinyuma hallarına məruz qalması artıq bir sirr deyil”.
Xatırladaq ki, Mərkəzi Asiya ölkələrinin Çin Xalq Respublikasındakı səfirliklərinin diplomatlarından ibarət heyət Sincan-Uyğur Muxtar Bölgəsi hökumətinin dəvəti ilə əyalətin Urumçi, Kaşqar və Xotan şəhərlərinə səfər ediblər.