SON XƏBƏR

ABŞ “Vaqner”in Afrikadakı qaynaqlarını hədəfə aldı – İki şirkət “qara siyahı”ya salındı

Mart 09
11:08 2024
ABŞ Maliyyə Nazirliyi Afrikadakı "Vaqner” PMC-yə yardım etdiklərinə görə iki şirkətə qarşı sanksiya tətbiq edib.

"AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, Mərkəzi Afrika Respublikasından olan şirkət – "Bois Rouge SARLU” və "Rus MMC Broker Expert” "qara siyahı”ya salınıb. Nazirliyə görə, onlar Rusiyanın Mərkəzi Afrika Respublikasında zərərli fəaliyyətini təbliğ ediblər. Hər iki şirkət ikinci dərəcəli sanksiyalara məruz qalıb, onların Amerikadakı aktivləri dondurulub və onlarla əməkdaşlıq qadağandır.

ABŞ-nin məlumatına görə, ağac emalı şirkəti "Bois Rouge SARLU”, "Vaqner PMC”-nin Mərkəzi Afrika Respublikasının hakimiyyət orqanlarına göstərdiyi xidmətlər müqabilində təbii sərvətlərin çıxarılması üçün konsessiyaya girib. O vaxtdan bəri şirkət Çin, Yaxın Şərq, Avropa və Mərkəzi Asiyaya tropik ağac ixrac edir.

Baş ofisi Sankt-Peterburqda yerləşən "Broker Expert" Afrikadakı "Vaqner” PMC ilə əlaqəli bir neçə şirkətə, o cümlədən "Bois Rouge SARLU”-ya mallar tədarük edirdi.

"Rusiya bu şirkətlərdən əlavə xarici gəlir əldə etmək və Afrikada öz maraqlarını inkişaf etdirmək üçün istifadə etməyə cəhd edib”, – ABŞ Maliyyə nazirinin müavini Brayan Nelson bildirib. O əlavə edib ki, Birləşmiş Ştatlar Rusiyanın Afrikada qeyri-qanuni və sabitliyi pozan fəaliyyətinə imkan verən şəbəkələri pozmağı davam etdirir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook