ABŞ vəziyyəti gərginləşdirmək istəmir - “Bayden qəsdən ictimaiyyət qarşısına çıxmadı”
Aprel 15
13:49
2024
ABŞ Prezidenti Co Baydenin köməkçiləri İranın İsrailə zərbəsindən sonra onun televiziya ilə çıxış etməsinin mümkünlüyünü müzakirə ediblər, lakin gərginliyin qarşısını almaq üçün bu ideyadan əl çəkiblər.
"AzPolitika” xəbər verir ki, bu barədə Amerika administrasiyasındakı mənbələrə istinadla "Politico” qəzeti yazıb.
Advertisment
Qeyd edək ki, İranın zərbəsindən sonra Ağ evin bəyanatında Baydenin hücumu pisləyərək İsrailin Amerika qüvvələrinin köməyi ilə İranın PUA və raketlərinin demək olar ki, hamısını vura bildiyini vurğulayıb.
"AzPolitika” xəbər verir ki, bu barədə Amerika administrasiyasındakı mənbələrə istinadla "Politico” qəzeti yazıb.
Advertisment
Qəzetə görə, İsrail Amerika qüvvələri ilə birlikdə İrandan atılan PUA-ların və raketlərin böyük əksəriyyətini vurduqdan sonra Ağ Evin əməkdaşları Baydenin ABŞ xalqına müraciət etmə imkanını müzakirə ediblər.
Lakin belə bir videomüraciəti təşkil etmək üçün konkret planlar olmayıb: "Bayden İranın zərbəsindən sonra qəsdən ictimaiyyət qarşısına çıxmadı və bunun vəziyyətin gərginləşməməsinə töhfə verəcəyinə ümid etdi. Məsləhətçilər deyirlər ki, prezidentin televiziya ilə çıxışı gərginliyi artıra və Tehranı təhrik edə bilərdi”.
Qəzetin mənbələrindən birinə görə, Baydenin Ağ Evdən müraciəti vəziyyəti yalnız "qızışdıracaq”.