SON XƏBƏR

ABŞ yenidən Yəməndə husilərin mövqelərinə zərbələr endirib

Fevral 06
10:08 2024
ABŞ yenidən Yəməndə husilərin mövqelərinə zərbələr endirib.

"Report” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandalığı (CENTCOM) məlumat yayıb

Qeyd olunub ki, ABŞ ordusu Yəməndə husilərin "Ənsar Allah” hərəkatının nəzarətində olan ərazilərində suüstü pilotsuz uçuş aparatları aşkar edib və onların bölgədəki ticarət gəmilərinə təhlükə yaratdığı müəyyənləşib:

"CENTCOM qüvvələri husilərə aid partlayıcılar daşıyan suüstü dronlara zərbələr endirib. Bu əməliyyat dəniz nəqliyyatının hərəkətinin və beynəlxalq suların ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri və ticarət gəmiləri üçün daha təhlükəsiz olmasını təmin edəcək”, - deyə məlumatda bildirilib.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook