ABŞ yük gəmisi Ədən körfəzində hücuma məruz qaldı
Mart 07
10:14
2024
Barbados bayrağı altında üzən ABŞ yük gəmisi Ədən körfəzində naməlum şəxslərin hücumuna məruz qalıb və zədələnib.
Bildirilib ki, gəminin ekipajı xilasedici qayıqlara təxliyə olunub.
Qeyd edək ki, daha əvvəl ilk olaraq insidentlə bağlı Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları (UKMTO) məlumat verib və Qırmızı dənizdə gəmi daşımaları təhlükəsizliyinin təminatı üzrə əməliyyatlar həyata keçirən "Prosperity Guardian” koalisiya qüvvələri tərəfindən gəmiyə köməklik göstərildiyi deyilib.
Yük gəmisinə hücum Yəmənin Ədən şəhərindən 54 dəniz mili cənub-qərbdə baş verib. Bildirilib ki, insidentlə bağlı məlumat, adətən olduğu kimi, gəminin kapitanından deyil, "üçüncü tərəfdən” daxil olub. Özlərini Yəmən Hərbi Dəniz Qüvvələrinin hərbçiləri adlandıran şəxslər gəmi ilə əlaqə saxlayıb və gəmiyə istiqaməti dəyişmək barədə göstəriş veriblər.