SON XƏBƏR

"Abşeron Kristall " MMC-dən təhlükə: ”Azadlıq Prospekti” metrosu çökə bilər- İDDİA

Noyabr 09
11:38 2017
"Bakı şəhərində tikinti qaydalarının kobud şəkildə pozulması halları davam edir. Bu tikintilər əsasən strateji əhəmiyyət kəsb edən metro stansiyalarının üstündə tikilməsi çox ciddi fəsadlara səbəb olacaq”.

Cebhe.info xəbər verir ki, bunu AXCP sədrinin müavini Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, milyonlarla dövlət büdcəsindən vəsait ayrılması bir tərəfə, bu strateji nəqliyyat vasitələrinin üstündə çoxmərtəbəli binaların tikintisi harın məmur təbəqəsinin bir daha ölkəyə vurduğu zərbələrin nümunəsidir: "”Azadlıq Prospekti” metrosunun üstündə "Abşeron Kristall " MMC tərəfindən tikilən çoxmərtəbəli bina birbaşa metronun bir neçə ildən sonra çökməsinə və dağılmasına səbəb olacaq. Tikintinin yanında yeraltı qatarın getməsini aydın hiss etmək olur, yer tərpənir. Buna icazə verən səlahiyyətli orqanlar metronun təhlükədə olduğunu görmürlərmi? Metropoliten rəhbərliyi hara baxır?” 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook