Ağcabədi İH-lə “Lələtəpə” MMC-nin müəmmalı bayram tenderi
İyun 17
13:55
2021
Ağcabədi Rayon İcra Hakimiyyəti respublika əhəmiyyətli bayram tədbirlərinin keçirilməsi üçün tender elan edib.
HİT.Az xəbər verir ki, keçirilən tender müsabiqəsinin qalibi "Lələtəpə” MMC olub. Bu məqsədlə İH tərəfindən şirkətə 41 500 manat ödənilib. Lakin qəribəsi odur ki, qarşıda hər hansı respublika əhəmiyyətli bayram tədbiri gözlənilmir.
Qlobal.az