“AĞDAM YOLUYLA TİCARƏTƏ BAŞLAYIRIQ” – “Qaz və eletrik nəqlinin müzakirəsi olacaq”
Avqust 23
16:38
2023
Ermənistanın "Qraparak" nəşri bildirib ki, avqustun 22-də Qarabağ separatçılarının lideri Araik Arutyunyan "təhlükəsizlik şurasının” iclasını keçirib və Ağdam yoluyla "ticarətə başlamaq" barədə qərarın qəbul edildiyini deyib.
Nəşrin məlumatına görə, "təhlükəsizlik şurasının” iclasında "Qarabağ qüvvələrinin keçmiş komandanı” Samvel Babayan da iştirak edib. (Turan)
Yaxın vaxtlarda Karen Matevosyanın başçılığı altında Arutyunyanın tərəfdarlarının bu yolda quraşdırılmış beton maneələri sökəcəkləri gözlənilir.
Arutyunyan onu da bildirib ki, "Ağdam yoluyla tikinti materialları, dizel, dərmanlar gələcək, ərzaq məhsulları isə Laçın boyunca Rusiya sülhməramlıları tərəfindən gətiriləcək".
Onun sözlərinə görə, növbəti mərhələdə Azərbaycandan nəql ediləcək qaz və elektrik enerjisi məsələsinin müzakirəsi planlaşdırılır. Bunun müqabilində erməni tərəfi Ağdam-Əsgəran-Xankəndi-Şuşa yolunu açmalıdır.