SON XƏBƏR

Adnan Oktar və “kedicik”lərinin divanı başlayır: Şifrəli danışıqlar…

Sentyabr 16
10:51 2019
Qanuna zidd əməllərini həyata keçirmək üçün təşkilat qurmaq və idarə etmək, cinsi istismar və cinsi təcavüz kimi 24 ayrı maddəylə ittiham olunan "Adnan Hoca” ləqəbli Adnan Oktar ilə birlikdə 171-i həbsdə olmaqla 225 nəfər sabah ilk dəfə Silivridə hakim qarşısına çıxacaq. 

Qaynarinfo Hürriyyət.com.tr-yə istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun hazırladığı 3908 səhifəlik iddianamədə qurban və şikayətçi olan 125 şəxsin, ən başda isə 20 il əvvəl Adnan Oktara qarşı ilk əməliyyatı keçirmiş o dövrün İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə müdiri Adil Sərdar Saçanın adı yer alır. Məhkəmə prosesinin ilk hissəsinin noyabr ayına qədər davam edəcəyi gözlənilir.
 
Qeyd edək ki, istintaq təşkilat üzvlərinin ələ keçməmək üçün öz aralarında yaratdıqları şifrəli danışıqları deşifrə edib. Təşkilat üzvləri tora saldıqları qadınlar və qız uşaqlıarıyla bağlı "Yemək yeyək”, "Şirniyyat aldım, gəlirəm”, "Məndə şirniyyat var, gəl qonaq edim”, "Abi, sənin bu kitabını oxuya bilərikmi?” kimi şifrəli sözlərlə danışıblar. Təşkilat içi görüşlərdə kişilərin Adnan Oktarı "abi”, qadınlarınsa "Adnan” deyə çağırdıqları, ancaq telefon danışıqlarında texniki izləməyə "ilişməmək” məqsədiylə hamının Adnan Oktardan bəhs edərkən "dayı”, "əmi” kimi sözlərdən istifadə etdikləri müəyyən edilib. 
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook