Adnan Oktara aid 121 saytın fəaliyyəti dayandırılıb
İyul 31
10:12
2018
"İslamla əlaqəsi olmayan gülünc verilişlər, saytlar....” –hakim qərar verib
Adnan Oktar qrupuna aid olan "harunyahya.org" və "a9.com.tr" saytlarının da daxil olduğu 121 internet saytının fəaliyyəti dayandırılıb.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, A.Oktar qrupu ilə bağlı aparılan istintaqa rəhbərlik edən İstanbul baş prokurorluğu Terror və mütəşəkkil cinayətkarlıq bürosu iyulun 23-də İstanbul 10-ci mülki-cəza məhkəməsinə müraciət edərək, sözügedən qrupa aid olan 121 internet saytının qapadılmasını tələb edib. Bu saytlar cinayətkar dəstəyə bağlı fəaliyyət göstərdiyi üçün 5651 saylı qanunun 8-ci maddəsi çərçivəsində yayımına əngəl qoyuldu.
Tələbi dəyərləndirən məhkəmə bildirib ki, şübhəli Adnan Oktarın rəhbərliyində, təşkilat içərisində gerçəkləşdirilən, adını dini camiəyə qoyduqları bir qurum ondan gözlənilməyəcək xarakterdə cinsi məzmunlu davranışlar sərgiləyib. Bundan başqa, təşkilat üzvləri arasında məsum və normal qarşılanması üçün Oktarın guya ki, mehdilik vəzifəsini həyata keçirməsi ilə bağlı yalan təbliğat aparılıb. Məhkəmənin açıqlaması aşağıdakı kimi davam edir: "Guya mehdilik vəzifəsi apardığını insanlara inandırmağa çalışan Adnan Oktar sahib olduğu güc sayəsində hər etdiyi hərəkətin insanlar tərəfindən dərhal başa düşülməməsinə bu cür don geyindirməyə çalışırdı. O, etdiklərinin müqəddəs bir mənası olduğunu, 'mehdilik' vəzifəsini rahat və gizlilik içərisində apara bilməsi üçün onlara mane ola biləcək insanlara qarşı hücum etmək üçün yanıldıcı təbliğat aparırdı. Onlar A-9 adlı qruplaşmaya aid kanaldakı islamiyyətlə heç bir əlaqəsi olmayan gülünç proqram və görüntülərlə cəmiyyətdə müzakirə olunurdu. İnsanlar arasnda "Adnan hocanın kedicikləri” ifadəsi də yenə sözügedən təşkilatın cinayət xarakterli fəaliyyətlərini gizləmək məqsədi ilə istifadə edilirdi. Bütün bu detallar araşdırılandan sonra cinayətkar qrupa aid saytlar tələb əsasında qapadılıb”.
121 internet saytıMəhkəmə aralarında www.harunyahya.com və a9.com.tr saytlarının da olduğu 121 internet saytının məzmununu araşdırıb. Son nəticədə qanuna əsasən, bu saytların qapadılmasına qərar verib. Qərar Bilgi Texnologiyaları və Məlumat Qurumuna göndərilib.