SON XƏBƏR

AFFA-yla bağlı ŞOK iddia - Yarım milyon avro mənimsənilib

İyul 24
10:43 2017
İspaniya yığmasının 2009-cu ildə Azərbaycan millisi ilə keçirdiyi yoxlama görüşü ilə bağlı şok ittiham ortaya atılıb. 

BakuPost.az xəbər verir ki, abc.es saytı bu haqda yazıb. Saytın iddiasına görə, ispanların Bakıya gəlməsi üçün AFFA-dan alınan pulun yarıdan çoxu mənimsənilib. Bildirilir ki, həmin vaxt AFFA qarşı tərəfə bu səfər üçün 700 min avro ödəniş edib. 

Lakin bu yaxınlarda korrupsiya əməllərinə görə həbs edilən İspaniya Futbol Federasiyasının prezidenti Anxel Mariya Vilyarın oğlu Qorka Vilyar bu məbləğin yalnız 200 min avrosunu yerli federasiyaya ödəyib. Qalan 500 min avronun "yeyintidə” istifadə edildiyi faktı ortaya çıxıb.

Maraqlıdır ki, bu, Vilyar ailəsinin yeganə qanunsuz hərəkəti olmayıb. Onlar bir neçə dəfə analoji addıma əl ataraq, şəxsi büdcələrini zənginləşdiriblər. 

Qorka Vilyar 2012-ci ildə Cənubi Koreya ilə oyun üçün qarşı tərəfdən aldıqları 1,2 milyon avronun da 870 minini İspaniya Futbol Federasiyasının büdcəsinə köçürüb.

Qeyd edək ki, 2009-cu il iyunun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan – İspaniya qarşılaşması qonaqların 6:0 hesablı qələbəsi ilə nəticələnib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook