Afrika sülh missiyası Rusiya qoşunlarını çıxarmadan döyüşləri dayandırmağı təklif edir
May 23
10:27
2023
Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə Afrika missiyası ilk növbədə hərbi əməliyyatları dayandırmağı təklif edir. Təşəbbüsü öz üzərinə götürən altı ölkə hesab edir ki, danışıqlar Ukrayna ərazisindən Rusiya qoşunları çıxarılmadan başlaya bilər.
Qaynarinfo xəbər verir ki, bunu Cənubi Afrika prezidentinin nümayəndəsi Vinsent Maqvenya açıqlayıb, onun sözlərindən Reuters sitat gətirir.
"Birincisi, bu, hərbi əməliyyatların dayandırılmasıdır. İkincisi, bu, davamlı sülh üçün əsasdır”, - Maqvenya bildirib.
Ukraynanın Cənubi Afrika Respublikasındakı səfiri Lyubov Abravitova belə bir təşəbbüsə qarşı çıxıb. "Prezidentim açıq şəkildə bildirib... rusiyalılar beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazimizi tərk etməyənə qədər Ukrayna və Rusiya arasında heç bir danışıqlar aparılmayacaq”, - diplomat bildirib.
Xatırladaq ki, Cənubi Afrika respublikası prezidenti Siril Ramafosa mayın ortalarında sülh təşəbbüsü təklif edib. O, Zambiya, Seneqal, Konqo, Uqanda, Misir və Cənubi Afrika respublikası adından missiyanı təmsil edir. Ramafosa təşəbbüsü müzakirə etmək üçün Rusiya və Ukraynaya nümayəndə heyətləri göndərəcək. Moskva və Kiyev Afrika ölkələrinin nümayəndələrini qəbul etməyə razılaşıblar.