SON XƏBƏR

Afrində Türkiyə ordusuna kürd dəstəyi

Fevral 26
13:41 2018
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin şəhərində həyata keçirdiyi "Zeytun Budağı" əməliyyatına kürd birlikləri dəstək verəcək.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, Azad Suriya Ordusu birliyi olan Həmza Tüməni tərəfindən yaradılan Kürd Şahinləri Briqadası YPG/PKK və İŞİD terrorçularına qarşı TSQ ilə birgə mübarizə aparacaq. Briqadanın tərkibində 400 kürd və 200 ərəb əsgər var. Qırmızı Beretlilər kimi tanınan briqada Afrin şəhər mərkəzinin mühasirəsində iştirak edəcək. 

Kürd Şahinləri Briqadasının generalı Həsən Abdulla Kulli Afrinə yola düşməmişdən əvvəl çıxış edərək Afrindəki xalqın PKK zülmünə məruz qaldığını, mülki vətəndaşların zorla silahlı qarşıdurmalara məcbur edildiyini və sadə xalqı PKK zülmündən qurtarmaq üçün Afrinə yola düşdüklərini qeyd edib.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook