SON XƏBƏR

Afrindən acı xəbər: 8 şəhid, 13 yaralı var

Mart 02
10:33 2018
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin şəhərində həyata keçirdiyi anti-terror "Zeytun Budağı" əməliyyatı çərçivəsində gecə baş verən qarşıdurmada 8 türk əsgəri şəhid olub.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, TSQ-dən verilən rəsmi açıqlamada Türkiyə Jandarma və Xüsusi Təyinatlı Hərəkatın 8 üzvünün şəhid olması, 11 üzvünün yaralanması barədə məlumat qeyd olunur. Silahlı qarşıdurmanın yaşandığı bölgəyə daha sonra əlavə güc göndərilib və terrorçuların sığınacaqları vurulub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 8 əsgərin şəhid olmasına görə dərin hüzn hissi keçirdiyini bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook