Agentlik emalatxana və hamamın təmirinə dövlət büdcəsindən 473 min manat xərcləyəcək
Noyabr 04
14:16
2020
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi 473.000 manatlıq tenderə yekun vurub.
Qlobal.az xəbər verir ki, Agentlik İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində emalatxananın təmiri və hamamın bərpası işlərinin satın alınması üçün sifarişçi olduğu satınalmanın qalibi "HERMES-S" Mənzil Tikinti Kooperativi (MTK) elan edilib.
Qeyd edək ki, "HERMES-S" MTK 2011-ci ildə Vergilər Nazirliyinin reyestrində dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Səbail rayonu, Neftçi Qurban Abbasov küçəsi, ev 74 ünvanı, qanuni təmsilçisi isə Fətullayev Akif Məhərrəm oğludur.
Xatırladaq ki, Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 2018-ci ildə vətəndaşların ən çox şikayət etdikləri şirkətlər barədə mətbuata verdiyi açıqlamada "HERMES-S" MTK-nın da adı qeyd edilirdi.
Qlobal.az