SON XƏBƏR

"AHU" Koalisiyası Bakının azad olunması münasbətilə açıqlama yayıb

Sentyabr 15
23:50 2019
"Azərbaycan Həqiqətləri Uğrunda” Koalisiya Nuri Paşanın rəhbərlik etdiyi Qafqaz İslаm Оrdusunun Bakı şəhərini azad etməsi münasibətilə açıqlama yayıb.
 
Koalisiyanın yaydığı açıqlamada deyilir:

"Qafqaz İslаm Оrdusunun kоmаndаnı Nuru Paşa bir hərbiçi kimi qаzаndığı qələbələrlə təkcə Osmanlı dövlətinin dеyil, Аzərbаycаnın dа hərbi tаrixinə və ümumən Türkiyə – Аzərbаycаn tаrixinə pаrlаq səhifələr yаzdı. Nuru Paşa 1918-ci ilin mаyındа Аzərbаycаnа gələrək Qafqaz İslаm Оrdusunun yаrаdılmаsındа və təşkilаtlаnmаsındа, Аzərbаycаnа türk qüvvələrinin vаxtındа gətirilməsində, nəhаyət, Аzərbаycаnın düşmənlərdən təmizlənməsində böyük rоl оynаmışdır. Nuru Paşanın qоşunlаrı 1918-ci il iyunun 17-dən sеntyаbrın 14-dək bir-birinin аrdıncа uğurlu döyüş əməliyyаtlаrı аpаrаrаq Аzərbаycаn tоrpаqlаrını bоlşеvik-dаşnаk qаniçənlərindən təmizlədi və həmin ilin 15 sеntyаbrındа Bakını аzаd еtdi. Bakı şəhəri аzаd еdildikdən sоnrа Qafqaz İslam Оrdusu hissələri Qarabağа göndərilərək Qarabağın еrməni dаşnаklаrındаn təmizlənməsi əməliyyаtınа bаşlаnıldı və uğurlu döyüşlərlə türk-аzəri qоşunlаrı Şuşayа dаxil оlаrаq şəhərdə Аzərbаycаn bаyrаğını qаldırdı.

Bu gün, sözün əsl mənasında, tarixi bir gündür, Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günüdür. Biz bu nəslin nümayəndələri bu günü yaşadırıq, yaşadacağıq. Bu gün bütün dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir, bütün dünya görür ki, bizim sarsılmaz dostluğumuz, qardaşlığımız əbədidir. 

Azərbaycan, növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabr ayının 15-də bu tarixi günü qeyd edir və  Şəhid əsgərlərinin xatirəsini ehtiramla anır.

Bu tarixi qələbənin 100 illiyi münasibətilə "AHU” Koalisiyası 15 sentyabr 2018-ci il tarixdə Qobustan – Şamaxı rayonunda yerləşən "Türk Şəhidlik”  məzarlığını ziyarət edərək, anım gününə həsr edilmiş tədbiri keçirmişdir.

Bu münasibətlə "AHU” Koalisiyasının üzvləri adından Türkiyə Cümhuriyyəti və xalqına öz təşəkkür borcumuzu bildiririk".
 
Qeyd edək ki, "Azərbaycan Həqiqətləri Uğrunda” Koalisiya 2015-ci ildə yaradılıb. Koalisiyanın əsas məqsədi Azərbaycan həqiqətlərini ölkə və dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir. Koalisiyanin tərkibi "Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək”, "Qarabağ Əlilləri və Veteranları”, "Vətəndaşların Sosial Rifahı Naminə”, "Məşəl Əlil və Şəhid Ailələrinə Sosial Dəstək”, "Mədəni İnkişaf Mərkəzi”, "Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə”, Azərbaycanın "Əsgər Anaları”, "Azad Müəllimlər”, "Mirzə Ələkbər Sabir Fondu” İctimai Birliklərindən və "Karabakhmedia.az” saytından ibarətdir.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook