SON XƏBƏR

Aİ Ermənistan Müdafiə Nazirliyinin dezinformasiyasını ifşa edib

Avqust 17
15:42 2023
Avropa İttifaqının Ermənistandakı monitorinq missiyası avqustun 15-də Ermənistan-Azərbaycan şərti sərhədində monitorinq zamanı eşidilən atəş səslərinin mənbəyini müəyyən edə bilməyib.

Bu barədə "Report”a Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarının mətbuat katibi Peter Stano bildirib.

"Avqustun 15-də Yuxarı Şorca kəndi yaxınlığında keçirilən patrul zamanı Aİ-nin Ermənistandakı Monitorinq Missiyası (EUMA) patrulun aparıldığı yerdən təxminən bir kilometr məsafədə dörd-beş atəş qeydə alıb. Lakin missiyanın yerləşdiyi istiqamət atəşin mənbəyini və hədəfini müəyyən etməyə imkan verməyib. Patrul iştirakçıları özlərini atəşin hədəfi kimi görməsələr də, ehtiyat tədbiri olaraq ərazini tərk ediblər”, - o vurğulayıb.

Maraqlıdır ki, Aİ-nin Ermənistandakı missiyasının "X” sosial şəbəkəsindəki rəsmi səhifəsində ilk olaraq Ermənistan Müdafiə Nazirliyinin iddialarının əksinə olaraq, patrulun atəşə tutulmadığı barədə paylaşım edilmişdi.

Amma görünür, Ermənistan tərəfinin və onun Aİ-dəki havadarlarının fəal təzyiqi altında bu paylaşım başqası ilə əvəz edilib. Həmin paylaşımda isə qeyd edilib ki, atışma zamanı patrul xidməti həyata keçirilib, heç kəs xəsarət almayıb. Bu zaman missiyanın atəşin mənbəyini və hədəfini müəyyən etmək imkanının olmaması barədə heç nə yazılmayıb.

Xatırladaq ki, daha əvvəl Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, avqustun 15-də saat 12:20 radələrində Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisində guya Avropa İttifaqının müşahidəçiləri və onların avtomobili istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılması barədə erməni informasiya resurslarında yayılan məlumat həqiqətə uyğun deyil, qarşı tərəfin növbəti dezinformasiyasıdır.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook