SON XƏBƏR

Aİ Ermənistana 3 milyon avro ayırıb – Suriyalı qaçqınların «inteqrasiya»sı üçün…

İyun 27
10:19 2018
Avropa İttifaqı (Aİ) guya, «Suriyalı qaçqınların inteqrasiyasına dəstək üçün» Ermənistana 3 milyon avro ayırıb

Bu barədə Ermənistan xarici işlər nazirliyinin (XİN) saytında dərc olunmuş bəyanatda söhbət açılır. Bəyanat, Aİ və Ermənistan həmkarlıq Şurasının birinci iclasının yekunları əsasında qəbul olunub. İclas iyunun 21-də Brüsseldə keçirilib.

«Həmkarlıq Şurası qeyd edir ki, Suriyadakı münaqişənin möhkəm və etibarlı həlli yollarının aranması birinci dərəcəli əhəmiyyət kəsb edir. Suriyalı qaçqınların Ermənistanda inteqrasiyasına dəstək üçün Avropa İttifaqı «Mədəd» fondu çərçivəsində 3 milyon avro vəsait səfəbər edib» – bəyanatda deyilir.

Xəbərdə bildiriir ki, müharibədən əvvəl Suriyadakı erməni diasporu üzvlərinin sayı 110 min nəfər təşkil edib.

Məsələnin maraqlı və o qədər də məkrli tərəfi onlan ibarətdir ki, Ermənistan hakimiyyəti Suriyalı qaçqınları işğal altında saxladığı Azərbaycan torpaqlarında – Qarabağ bölgəsində yerləşdirir. Avropa da bunu bilir, amma məqsədli şəkildə susur. Avropanın belə davranışı isə mahiyyət etibarilə, «fahişə siyasəti»ndən başqa bir şey deyil.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook