Aİ lideri erməni əhalinin Qarabağı tərk etməsini etnik təmizləmə adlandırmayıb
Oktyabr 03
14:52
2023
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel erməni əhalinin Qarabağı tərk etməsini etnik təmizləmə cəhdi kimi qələmə verməkdən çəkinib.
APA xəbər verir ki, o, bu barədə "Euronews”a müsahibəsində bildirib.
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasından danışan Aİ lideri deyib ki, "sülh hər iki tərəfin öhdəliklərini müəyyən edə biləcək danışıqlar tələb edəcək”.
Onun sözlərinə görə, erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin qorunması üçün Azərbaycan tərəfi böyük məsuliyyət daşıyır.