Aİ müdafiəni beşillik gündəmdə ön plana çıxaracaq
İyun 18
13:56
2024
Təhlükəsizlik və müdafiə məsələləri Avropa İttifaqının (Aİ) növbəti beş il üçün strateji gündəmində ön plana çıxacaq.
"Report"un məlumatına görə, bu barədə "EUobserver" məlumat yayıb.
Sənəd layihəsində bildirilir ki, icma ölkələri hərbi xərcləri artırmaq, Aİ ölkələrinin müdafiə bazarlarını inteqrasiya etmək, birgə silah tədarükünü təşviq etmək və bu sahədə yeni layihələr hazırlamaq niyyətindədirlər.
Portal qeyd edir ki, onlar, həmçinin ABŞ və Çinin iqtisadi üstünlüyü fonunda Aİ-nin rəqabət qabiliyyətini artırmaq üçün işləməyi planlaşdırırlar.