SON XƏBƏR

Aİ nümayəndəsindən sülh açıqlaması: "Çox vaxt lazım olmayacaq"

Aprel 11
17:12 2024
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının çox vaxt almayacağını düşünür.

O, bu barədə "Azututyan” radiosuna müsahibəsində deyib.

Onun sözlərinə görə, sülh razılaşmasının tez əldə edilməməsinin bir neçə səbəbi ola bilər:

"Amma məndə olan məlumata görə, proseslər müxtəlif istiqamətlərdə elə gedir ki, siyasi iradə olan yerdə məqbul nəticəyə gəlmək üçün elə də çox vaxt lazım olmayacaq. Biz bunun üçün Bakı və İrəvanla birgə işləmək istəyirik", deyə o, bildirib.

Diplomat Aİ-nin regiondakı normallaşma prosesini dəstəklədiyini diqqətə çatdırıb.//Report.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook