SON XƏBƏR

Ai və Britaniya "Gələcək Əlaqələrə dair Siyasi Bəyənnamə"də razılıq əldə etdi

Noyabr 22
17:31 2018
Avropa İttifaqı və Böyük Britaniya "Brexit" razılaşmasının ilkin forması barədə razılıq əldə edilib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, razılaşma ticarət, təhlükəsizlik və digər məsələləri əhatə edir. Avropa Komissiyasının prezidenti Donald Task Aİ və Britaniya arasında "Gələcək Əlaqələrə dair Siyasi Bəyənnamə" razılığının əldə edildiyini açıqlayıb. Razılaşma Aİ-nin bazar günü keçiriləcək sammitində imzalanacaq.

Qeyd edək ki, Britaniyanın Aİ-ni tərk etmə prosesinin 29 mart 2019-cu ildə yekunlaşması gözlənilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook