Aİ XİN rəhbərləri Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə edəcək
Mart 18
11:34
2024
Avropa İttifaqının Xarici İşlər Şurasının iclasında Azərbaycan və Ermənistan arasında normallaşma prosesi müzakirə olunacaq.
APA Aİ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin sədrliyi ilə Xarici Əlaqələr Şurası Brüsseldə toplanacaq. İclasın əvvəlində Aİ xarici işlər nazirləri onlayn formatda ABŞ-ın dövlət katibi Entoni Blinkenlə qeyri-rəsmi fikir mübadiləsi aparacaqlar.
Daha sonra Şura onlayn formatda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə qeyri-rəsmi fikir mübadiləsi aparacaq və Rusiyanın Ukraynaya təcavüzünü müzakirə edəcək.