SON XƏBƏR

Akabe" məhkəməyə verildi

Yanvar 25
12:34 2023
"Akabe” MMC-yə gömrük qaydaları əleyhinə olan (malların saxlanca qoyulması və saxlanc qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub

Qlobal.az FED.az-a istinadla xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə görə malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər 50 manatdan 100 manatadək məbləğdə, vəzifəli şəxslər 150 manatdan 250 manatadək məbləğdə, hüquqi şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

İcraatda olan işə Bakı Şəhər Binəqədi Rayon Məhkəməsində hakim Fərid Əmirəliyevin sədrliyi ilə baxılacaq.

Məhkəmə ilə bağlı baxış iclası 06.02.2023-cü il saat 11:40-a təyin edilib.

Xatırladaq ki, İnşaat materiallarının istehsalı və satışı ilə məşğul olan şirkət 2000-ci ildən etibarən fəaliyyət göstərir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook