SON XƏBƏR

Akademik Teymur Bünyadov Ordumuza yardım etdi

Oktyabr 15
11:05 2020
Vətənimizin işğal edilmiş torpaqlarının azadlığı uğrunda şanlı Milli Ordumuzun apardığı hərbi əməliyyatların uğuru arxa cəbhənin ön cəbhə ilə vəhdətinin bəhrəsidir.
 
Peşəsindən və cəmiyyətdəki statusundan asılı olmayaraq arxa cəbhədə çalışan hər bir Azərbaycan vətəndaşı Ordumuza yardım etməklə düşmən üzərində tam qələbəni yaxınlaşdırmaqdadır.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında döyüş meydanında qələbələrimizin hər bir günü arxa cəbhədəki vətəndaşlarımızın şanlı Ordumuza təmənnasız yardımı ilə də tarixə düşməkdədir.

Bu şanlı günlərdə Azərbaycan alimləri də şanlı Ordumuza öz yardımlarını əsirgəmirlər. Azərbaycanın görkəmli alimi, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Tarixi Etnoqrafiya şöbəsinin müdiri, akademik Teymur Bünyadov Vətənimizin azadlığı uğrunda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna şəxsi vəsaiti hesabına 2 000 (iki min) Azərbaycan manatı məbləğində ianə köçürmüşdür.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi və kollektivi şanlı Ordumuza təmənnasız yardımına görə akademik Teymur Bünyadova öz dərin təşəkkürünü bildirmişdir. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook