Akademiya dəftər-qələm üçün ayrılan vəsaiti açıqladı: 40.584 manat
Yanvar 17
01:57
2021
Ötən gün Fövqaladə Hallar Nazirliyinin Akademiyasının 2020-ci ilin dekabr ayında yekun vurduğu satınalma barədə "Akademiya dəftər-qələmə 4 milyon manat xərcləyəcək: Texniki səhv, yoxsa fövqəl tender? - FOTO" başlıqlı xəbər dərc etmişdik. Həmin xəbərdə Fövqaladə Hallar Nazirliyinin Akademiyasının "Dəftərxana və təsərrüfat mallarının satınalınması" lotu üzrə keçirilən satınalmanın məbləğindən bəhs edilirdi.
Məsələ barədə Fövqaladə Hallar Nazirliyinin Akademiyasının növbətçi hissəsi ilə saxlayıb mövqe öyrənmək istəsək də, bizə koronavirus pandemiyasına görə mühasibatlığın növbəli sistemdə çalışdığını, hazırda aidiyyatı şəxslərdən heç birinin işdə olmadığını bildirdilər.
Sözügedən yazıda göstərilən rəqəmlərlə bağlı bu gün Fövqaladə Hallar Nazirliyinin Akademiyasından açıqlama verilib.
Açıqlamada Fövqaladə Hallar Nazirliyinin Akademiyasının "Dəftərxana və təsərrüfat mallarının satınalınması" lotu üzrə sifarişçi olduğu satınalmada yanlışlığa yol verildiyi bildirilərək, göstərilən rəqəmin 4 milyon əlli səkkiz min dörd yüz otuz iki manat yox, qırx min beş yüz səksən dörd manat təşkil etdiyi vurğulanır.
Belə ki, Akademiyanın sözügedən lot üzrə sifarişçi olduğu satınalmanın məbləği etender.gov.az portalında 4.058.432 (dörd milyon əlli səkkiz min dörd yüz otuz iki) manat kimi göstərilirdi.
Məsələ barədə Fövqaladə Hallar Nazirliyinin Akademiyasının növbətçi hissəsi ilə saxlayıb mövqe öyrənmək istəsək də, bizə koronavirus pandemiyasına görə mühasibatlığın növbəli sistemdə çalışdığını, hazırda aidiyyatı şəxslərdən heç birinin işdə olmadığını bildirdilər.
Sözügedən yazıda göstərilən rəqəmlərlə bağlı bu gün Fövqaladə Hallar Nazirliyinin Akademiyasından açıqlama verilib.
Açıqlamada Fövqaladə Hallar Nazirliyinin Akademiyasının "Dəftərxana və təsərrüfat mallarının satınalınması" lotu üzrə sifarişçi olduğu satınalmada yanlışlığa yol verildiyi bildirilərək, göstərilən rəqəmin 4 milyon əlli səkkiz min dörd yüz otuz iki manat yox, qırx min beş yüz səksən dörd manat təşkil etdiyi vurğulanır.
Qeyd edək ki, ölkədə keçirilən dövlət satınalmaları barədə məlumatları etender.gov.az portalı yayımlayır. Portal İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
Fövqaladə Hallar Nazirliyinin Akademiyasının "Dəftərxana və təsərrüfat mallarının satınalınması" lotu üzrə sifarişçi olduğu satınalmanın portalda təqdim olunan ilkin rəqəmi
Fövqaladə Hallar Nazirliyinin Akademiyasının "Dəftərxana və təsərrüfat mallarının satınalınması" lotu üzrə sifarişçi olduğu satınalmanın portalda təqdim olunan sonrakı rəqəmi