SON XƏBƏR

Akif Əlizadə: Bəzi elmi məktəblər sönmək üzrədir

Yanvar 25
00:17 2018
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yer Elmləri Bölməsində bəzi elmi istiqamətlər, elmi məktəblər sönmək üzrədir. Bölmənin institut rəhbərləri, aparıcı alimlər, laboratoriyalar bu barədə fikirləşməlidirlər.

Trend-in məlumatına görə, bunu AMEA prezidenti Akif Əlizadə Rəyasət Heyətinin bugünkü iclasında çıxışı zamanı bildirib.

A.Əlizadə qeyd edib ki, institutlar öz fəaliyyətlərini genişləndirmək üçün birlikdə böyük layihələr həyata keçirə bilərlər.

AMEA prezidenti bu məqsədlə müsabiqə üçün elan verdiklərini də söyləyib: "Biz kiçik layihələrə pul verməyəcəyik. Ona görə də bunu nəzərə almaq lazımdır".

A.Əlizadə deyib ki, bu gün Yer Elmləri Bölməsində kadr problemi də var: "Deyəcəksiniz ki, maaş verin, görün nə qədər adam gələcək. Gərək onda gözləyək ki, nə zaman yüksək maaş veriləcək. Amma biz bunu gözləyə bilmərik, gözləməyə vaxtımız yoxdur".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook