SON XƏBƏR

Akkan Suver: Bakı Şopinq Festivalı bütün region üçün faydalı olacaq

Noyabr 02
15:00 2017
Bakı Şopinq Festivalı istər ölkənin tanıdılması, istərsə də turistik baxımdan böyük önəm daşıyır. Ümid edirəm ki, bu festival Azərbaycan iqtisadiyyatına və büdcəsinə faydalı olacaq.
 
AZƏRTAC xəbər verir ki, bu sözləri festivalın saytına Türkiyədə fəaliyyət göstərən Mərmərə qrupu strateji və sosial araşdırmalar vəqfinin rəhbəri Akkan Suver deyib.
"Bakı Şopinq Festivalı Azərbaycan hökumətinin turizmə göstərdiyi diqqət və qayğısı nəticəsində ərsəyə gəlmiş bir tədbirdir. Regionun ən güclü ölkəsi olan Azərbaycan bütün sahələrə olduğu kimi, turizmə də böyük dəstək verir və MDB məkanında ilk dəfə şopinq festival keçirməklə bir ilkə imza atır. Azərbaycan bu festivalı yüksək səviyyədə təşkil edib. Çünki qardaş ölkəmiz bu günə qədər istər beynəlxalq, istərsə də regional tədbirlərin təşkilində nümunə olub. Beynəlxalq əhəmiyyətli tədbirləri uğurla həyata keçirən Azərbaycan öz turistik imkanlarını bu festival vasitəsilə dünyaya daha da yaxından tanıdacaq. Festival nəinki Azərbaycan, eləcə də Qafqaz regionu və bütün türk dünyasına faydalı olacaq”, - deyə Akkan Suver bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook