“Akkord” Türkiyədə iri miqyaslı su-kanalizasiya tikintisi layihəsinin icrasına başlayacaq
Mart 09
19:46
2016
"Akkord” korporasiyasının Türkiyə filialı bu ölkədəki fəaliyyətini genişləndirib.
"Akkord”un mətbuat xidmətindən bildirilib ki, şirkət bu günlərdə ölkənin şərq bölgəsində iri miqyaslı su-kanalizasiya tikintisi layihəsinin icrası üzrə müqavilə imzalayıb.
"Mardin şəhərinin kanalizasiya şəbəkəsi, şimal və cənub kollektorları” layihəsinin icrası Türkiyə Ətraf Mühit və Şəhərsalma Nazirliyi (Türkiyə Cümhuriyyəti Çevrə və Şəhərçilik Nazirliyi) tərəfindən keçirilən tenderin nəticəsinə əsasən, "Akkord Sanayi Inşaat Yatırım A.Ş. ”nın qurmuş olduğu ortaqlığa həvalə edilib.
Türkiyədə həyata keçirilən üç layihəyə əlavə olaraq, 4-cü layihə üzrə müqavilə 2016-cı il fevralın 26-da imzalanıb.
Müqavilə dəyəri təxminən 80 milyon türk lirəsi olan (təqribən 28 milyon ABŞ dolları) layihənin 21 ay müddətində həyata keçirilməsi planlaşdırılıb.
Qeyd olunub ki, 140 kilometrə yaxın müxtəlif ölçülü borulardan ibarət kanalizasiya şəbəkəsi ilə, 16 kilometr uzunluğunda boru xəttindən ibarət olan şimal kollektoru və 22 kilometr uzunluğunda borudan təşkil olunacaq cənub kollektorunun inşasını nəzərdə tutan layihənin icrası üçün hazırlıq işlərinə başlanılıb.
Qlobal.az