“Akkord”un kredit fırıldağı: - ilk ayın pulu necə yeyilib?
May 09
09:31
2018
"Akkord” tikinti kooperativ şirkətinin Bakıxanov qəsəbəsində yerləşən "Uğur-2” yaşayış kompleksindən kreditlə mənzil alanlar aldadıldıqlarını iddia edirlər.
AzEuroNews.com-a verilən məlumata görə, kredit alqı-satqısı müqaviləsi bağlanan zaman hər payçının cibindən 1 ayın ödənişi mənimsənildiyi bildirilir.
Belə ki, şirkətin satış mərkəzində payçı ilə "Akkord” arasında alqı-satqı müqaviləsi bağlanır və mənzil alan şəxs firmaya ilkin ödəniş verir. Məsələn, 5000 manat ilkin ödəniş edir.
Bundan sonra ev sahibindən ilk ayın kreditini də ilkin ödənişlə birgə vermək tələb olunur. Məsələn, deyək ki, 5000 ilkin ödəniş, əlavə ilk ayın krediti 370 manat təqdim edir.
Bundan sonra "Uğur-2”dən ev alan şəxs sevincək Azərbaycan Beynəlxalq Bankına gedir, kredit cədvəli açılır və yerdə qalan məbləği 10 il ərzində banka kredit şəklində ödəyir.
Çünki şirkət mənzilləri 10 illik kreditlə satışa çıxarmışdı. Bu vaxt bankla kredit ödəyicisi arasında 120 aylıq, yəni 10 illik müqavilə bağlanır.
Amma "Akkord” vətəndaşları bu prosesdə aldadır. Mənzil sahibi 120 deyil, 121 ayın pulunu ödəməyə məhkum edilir.
Daha sadə şəkildə izah eləsək, payçı həm 120 ay banka kredit verir, həm də ilk ayın pulunu "Akkord”a verir. Bununla da şirkət tərəfindən maliyyə maxinasiyasına yol verildiyi iddia olunur.
"Akkord”un kredit fırıldağı:
Əslində, ilk ayın pulu şirkətə daxili ödəniş şəklində verilmişdisə. Bankda 119 aylıq kredit cədvəli açılmalıydı.
Bu halla üzləşən mənzil sahiblərindən biri bildirib ki, "Akkord” ona yalan məlumat verib. Şirkətdən deyilib ki, guya ilkin ödənişlə bərabər alınan 1-ci ayın kredit pulu ümumi borcdan çıxılacaq.
Ancaq faktiki olaraq, 120 ay Beynəlxalq Banka kredit verməkdədir. Bu da 10 il yox, 10 il 1 ay kredit vermək deməkdir. Nəticədə "Uğur-2”dən kreditlə ev alan payçılar belə bir maliyyə əməliyyatının qurbanı olublar.
Onlardan bəziləri hüquqi müstəvidə mübarizə aparmağa hazırlaşır. Digər tərəfdən, kredit borcunu bağlayanlar indiyə qədər "kupça”larını ala bilməyiblər.
Hərçənd ki, "Akkord”un satış menecerləri kredit borcu bitən kimi bankdan "kupça”larını ala biləcəklərinə söz vermişdilər.
Bu da yalanın ikinci səhnəsidir. Ona görə də son zamanlar bu binalardan ev alanlar arasında mənzillərini satışa çıxaranlar çoxdur.
8 binadan ibarət 19 mərtəbəli kompleksin hər mərtəbəsində 12 mənzil yerləşir. Üç minə yaxın sakinin yaşadığı "Uğur-2” mikrorayonunda hər kreditordan 250-470 manat civarında ilk ayın krediti yeyintisinə yol verilibsə, külli miqdarda vəsaitin mənimsənildiyini təzmin etmək olar.
Şirkətin mövqeyini dərc etməyə hazırıq …