"Akkord”un sabiq rəhbəri ABŞ-da xristianlığı qəbul etdi - VİDEO
Yanvar 13
01:54
2021
Qalmaqallı iş adamı, MDB məkannında ən odioz biznesmenlərdən biri kimi tanınan, "İnterpol”un xətti ilə axtarışa verilən İlqar Hacıyevin sorağı artıq ABŞ-dan gəlir.
Yenicag.az-a daxil olan ilginc videomaterialda artıq bir müddətdir, ABŞ-da məskunlaşan İlqar Hacıyevin xaç suyuna salınma mərasimindən görüntülər əks olunub. Həmin görüntülərdə rusdilli keşiş xristianlığı qəbul edən Hacıyevə "xeyir-dua” verir.
Qeyd edək ki, İlqar Hacıyev uzun müddət Azərbaycanın ən iri tikinti şirkətlərindən biri olan, eyni zamanda, təqribən 10 il ərzində əsas dövlət tenderlərinin qalibi olaraq, nəhəng obyektlərin, avtomobil yollarının, tunellərin və yaşayış massivlərinin inşasını həyata keçirən "Akkord” Şirkətlər Qrupunun rəhbəri kimi fəaliyyət göstərib.
"Akkord” vaxtilə inşaat sektorunda hegemonluq etməklə yanaşı, həm də müxtəlif təyinatlı tikinti materiallarının istehsalı ilə məşğul olub. Bundan başqa, "Akkord”un xüsusi təyinatlı texnika ilə təchiz edilmiş avtoparkı MDB məkanında ən böyük parklardan biri sayılırdı. Şirkət həmçinin Rusiya, Qazaxıstan, Moldova və başqa ölkələrdə də irimiqyaslı tikindi sifarişlərini yerinə yetirib.
"Akkord”un inşa etdiyi Bakı-Quba beton yolu ilə əlaqədar yaranmış səs-küylü qalmaqaldan sonra vergi və başqa dövlət qurumları şirkətdə davamlı yaxlamalar apardılar. Yayılan məlumatlara görə, "Akkord” müqavilə öhdəliklərini yerinə yetirməmək, səhlənkarlıq, vergidən yayınma və digər qanun pozuntularına görə bir bir neçə böyük məbləğdə cərimə də olunmuşdu.
Yaşanan qalmaqallardan sonra postunu itirən İlqar Hacıyev ölkəni tərk etdi. Qeyd olunur ki, o, xaricə getdikdən sonra "Akkord”un Qazaxıstan və Moldovada həyata keçirdiyi tikinti layihələrinə rəhbərlik edib, bir müddət sonra isə Moskvaya köçüb.
Maraqlıdır ki, son illərdə Rusiyada İlqar Hacıyevin adı bir neçə dəfə maliyyə fırıldaqlarında və məhkəmə çəkişmələrində hallanıb. 2019-cu il mayın 19-da isə sdi.international saytında İlqar Hacıyevin adından Rusiya prezidenti Vladimir Putinə müraciət yayımlandı. Hacıyev bu müraciətində Rusiyadakı biznesinin "üçüncü şəxslər tərəfindən” ələ keçirildiyini, həmin adamların arxasında isə milyarder Qod Nisanovun dayandığını iddia edirdi.
Lakin bir qədər sonra məlum oldu ki, Hacıyev artıq neçə aydır, Rusiyanı tərk edərək, Avropada gizlənir. Hacıyevin bu müraciətindən o da məlum oldu ki, 2019-cu il aprelin 24-də Rusiya Daxili İşlər Nazirliyi (DİN) Qərb İnzibati Dairəsinin əməkdaşdaşları "SDİ Group” tikinti şirkətinin (İlqar Hacıyevə məxsusdur) Moskvanın Kutuzov prospektində yerləşən ofisində yoxlama aparıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları yoxlama zamanı ofisdəki sənədləri, şirkətin möhürünü və avadanlıqları götürərək, şirkətə məxsus bank hesablarını dondurublar. O vaxtdan bəri şirkətin fəaliyyəti demək olar, tam dayandırılıb.
Hacıyev bildirib ki, o və ailəsi hələ 2019-cu ilin yanvarında Moskvanı tərk edib. O, Putinə müraciətində təhdid edildiyini və həyatı üçün narahatlıq keçirdiyini də vurğulayıb.

Qlobal.Az