SON XƏBƏR

“Akkuyu” AES-in tikintisinin dəyəri 24-25 milyard dollardır

İyun 14
06:35 2024
Türkiyədə "Akkuyu” Atom Elektrik Stansiyasının (AES) tikintisinin dəyəri 24-25 milyard dollardır.

"Report” xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinə Elm Şurasının iclasında "Rosatom” dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçov məlumat verib.

"İndiki qiymətlərlə bu, 24-25 milyard dollar olacaq”, - deyə Lixaçev Putinin tikintinin dəyəri ilə bağlı sualını cavablandırıb.

Qeyd edək ki, "Akkuyu” Atom Elektrik Stansiyasının (AES) tam istismara verilməsi Türkiyənin 2028-ci ilə qədər strateji inkişaf planına daxildir.

"Akkuyu” Türkiyədə tikilməkdə olan ilk atom elektrik stansiyasıdır. Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayın 12-də imzalanmış əməkdaşlıq haqqında hökumətlərarası saziş əsasında həyata keçirilir.

Stansiya Rusiya istehsalı olan "3+” nəsil VVER reaktorları olan dörd enerji blokundan ibarət olacaq. Hər bir enerji blokunun gücü 1,2 min MVt olacaq. AES istismara verildikdən və tam gücünə çatdıqdan sonra ildə təxminən 35 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edəcək. Bu günə qədər layihə tam şəkildə Rusiya tərəfindən maliyyələşdirilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook