SON XƏBƏR

AKP - MHP ittifaqı dağıldı

Oktyabr 23
14:32 2018
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və MHP (Milliyyətçi Hərəkat Partiyası) sədri Devlet Bahçeli arasında yaradılmış ittifaq dağılıb.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, Ədalət və İnkişaf Partiyası (AKP) ilə MHP arasında yaradılmış "Cümhur İttifaqı"nın fəaliyyəti başa çatıb.
 
Bu barədə Bahçeli məlumat verib və 2019-cu ilin 31 mart tarixində keçiriləcək bələdiyyə seçkilərində öz namizəd və emblemləri ilə iştirak edəcəklərini deyib.

Qeyd edək ki, partiyalar İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd və əfv məsələsində razılığa gələ bilmədikləri üçün ittifaq dağılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook