SON XƏBƏR

Aleksandr Nevzorov: "Həyatımda gördüyüm ən cəsur əsgər azərbaycanlı idi"

Dekabr 31
09:39 2015
"O, elə gedirdi ki, Şekspirin heç bir qəhrəmanı o cür gedə bilməzdi!"
 
Rusiya və Sovet telejurnalisti, sənədli filmlər rejissoru, Rusiya Dövlət Dumasının keçmiş deputatı Aleksandr Nevzorov bugünlərdə bir müsahibə verib, müsahibəsində Dağlıq Qarabağ müharibəsi haqda xatirələrini bölüşüb.
 
A.Nevrozov bir neçə müharibədən keçib, yaralanıb, terrorçuların insanları azad etməsi qarşılığında könüllü əsir olub, Vilnüs, Dnestryanı və Dağlıq Qarabağda təhlükəli yerlərdən bir çox çəkilişlər aparıb, tele-verilişlər hazırlayıb. Yeni müsahibəsində o, deyib ki, artıq çoxdandır bu və ya digər müharibədə haqlı tərəf, nahaq tərəf bölgüsü aparmaqdan imtina edib.
 
"Belə hadisələrdə hər kəs eyni dərəcədə haqlı və haqsızdır. Əsas odur ki, bu haqlılıq və ya haqsızlıq bizim həyatımıza necə təsir göstərir."
 
A.Nevzorov Qarabağ müharibəsi vaxtı Goranboydan material hazırladığı vaxtlardan danışarkən deyib: 'Həyatımda gördüyüm ən cəsur əsgər bir azərbaycanlı idi. Onun adı Vəzir idi. Çirkli balon gödəkçəli balacaboy, balıq iyi verən bir adam idi. Adi, ağsaç bir kişi. Goranboy batalyonu uduzanda panika başlandı. Mən əsgərlərin onları cəbhədən geri aparan avtobuslara necə doluşduğunu öz gözümlə gördüm. Adamlar avtobusa oturub getmək uğrunda bir-birilə dalaşırdılar.
 
Birdən mən Vəziri gördüm. O, UAZ maşında oturmuşdu, adamların tərk etdiyi yerə sürürdü.
 
Orada dəhşətli bir cəhənnəm qarışıqlığı vardı. Yerdə təxminən 500 ölü əsgər sərilmişdi. Ermənilər hücuma keçmişdilər, hər şey titrəyir, uçub dağılırdı.
 
Mən o dəhşətli yerə getmək istəyən bu adamı görəndə ona sual verdim: "Dəlisən?” O, cavab verdi: "Yaralılar ordadı.”
 
Və biz o tərəfə birlikdə getdik. Biz ora çatanda düşmənin azərbaycanlıları bu qədər tez necə məğlub edə bildiyi mənə aydın oldu. Məlum oldu ki, təkcə ermənilər yox, ermənilərin xeyrinə muzdla Pskov əsgərləri vuruşur azərbaycanlılara qarşı. Vəzirin maşını zərbə aldı, biz güllələrdən yayınmaq üçün aşağı əyildik.
 
Elə orada Pskov paraşütçüləri məni tanıyıb dedilər: "Yaxşısı budur biz tərəfə keçəsən. Bəs bu azərbaycanlını nə edək?” Mən dedim: "Buraxın getsin!” Onlar mənimlə razılaşdılar və başqalarını xəbərdar etdilər ki, qaçan adamı güllələməsinlər. Amma Vəzir qaçmadı. Əvvəlcə o, sınıq-salxaq maşınına girib biraz oturdu, sonra silahını çıxardı, mənə tərəf çevrilib əlimi sıxdı, sonra getdi. O, addım-addım elə gedirdi ki, Şekspirin heç bir qəhrəmanı o cür gedə bilməzdi!
 
O, öz gedişilə göstərirdi ki, heç vaxt qaçmazdı. Güllə səslərini eşidəndə də addımlarını yeyinlətmirdi. Əsgərlər səmaya atəş açırdılar.”
 
...Vəzir Orucov Surxay oğlunun bioqrafiyasından:
 

 
Vəzir Orucov Vəzir Orucov 26 dekabr, 1956-cı ildə Tərtər rayonunda doğulub. 1949-cu ildə onun atası 150000 azərbaycanlı ilə birlikdə o zaman Ermənistan SSRİ-nin azərbaycanlılara məxsus Dərələyəz rayonundan köçürülüb.
 
 
1984-cü ildən etibarən Vəzir Orucov Arxangelskdə işləyib. 1992-ci ildə Qarabağ da müharibə başlananda o, Azərbaycana qayıdıb. 4 may, 1992-ci ildən Tərtər batalyonu tərkibində vuruşub. 1 sentyabr, 1992-ci ildə Vəzir ciddi xəsarət alıb, amma iki ay sonra cəbhəyə qayıdıb. Könüllü əsgər kimi vuruşmağa başlayıb, sonra Tərtər batalyonunun baş komandiri olub.
 
Qarabağın Sərsəng, Çıldıran ərazilərində döyüşüb, 22 mart, 1993-cü ildə Qarabağ uğrunda döyüşlərdə həlak olub. Onun ölümündən sonra həyat yoldaşı və Yadigar adlı bir oğlu qalıb.
 
Vəzir Orucov Şəhidlər Xiyabanında dəfn edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook