Aleksandr Novak: Rusiya Türkiyədəki boğazlardan neft nəqlini davam etdirəcək
İyul 19
16:21
2016
Rusiyanın energetika naziri Aleksandr Novak Türkiyədəki dövlət çevrilişi cəhdindən sonra boğazlardan tankerlərlə neft nəqlinin marşrutunda hər hansı bir dəyişikliyinə ehtiyac duyulmadığını deyib.
AZƏRTAC "ria.ru”ya istinadla xəbər verir ki, nazir Türkiyədə yaşanan dövlət çevrilişi cəhdindən sonra Boğaziçi nəqliyyatının yenidən normal vəziyyətə qayıtdığını qeyd edib: "Hazırda prosesləri izləməyə davam edirik”.
Rusiyanın Türkiyədəki boğazlar üzərindən tankerlərlə reallaşdırdığı neft nəqli ilə əlaqədar hər hansı bir marşrut dəyişikliyinə ehtiyac duyulmadığını bildirən A.Novak deyib: "Marşrutda dəyişiklik edilməsi ilə bağlı Rusiya şirkətlərindən də hər hansı bir tələb olmayıb”.
Qlobal.az