Ali Məhkəmə hakiminin diplomu saxtadır! - FOTOFAKT
Dekabr 28
11:43
2022
Dekabrın 23-də Milli Məclisin Plenar İclasında "Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklər edilməsi barədə aparılan müzakirələrdə deputat Etibar Əliyev Ali Məhkəmənin hakimi Abiddin Hüseynovun diplomunun saxta olması barədə fikir səsləndirməsi böyük ajiotaja səbəb olub.
Qlobal.az bildirir ki, Yenisabah.az-a bu barədə olduqca maraqlı məlumat daxil olub. Məlumatda deyilir: "Etibar Əliyevin Abiddin Hüseynovun diplomunun saxta olması barədə səsləndirdiyi fikirlər doğrudur. Hakim Abiddin Hüseynov bioqrafiyasında təqdim etdiyi ali məktəbin adını səhv hazmaqla hakimiyyətin yüksək orqanlarını aldatmağa nail olub. Belə ki, Ali Məhkəmənin saytında onun Rusiya Hüquq Akademiyasını bitirdiyi göstərilir. Əslində o, mövcud olmayan bu akademiyanı deyil, Dağıstanda lisenziyasız fəaliyyəıət göstərən "Yujdağ” instititunda təhsil alıb (Diplomun surəti əlavə olunur)”.
Məlumatlı şəxs hesab edir ki, Məhkəmə Hüquq Şurası bu məsələni ciddi araşdırıb Abiddin Hüseynovun məkəmə orqanlarından xaric olunması barədə qərar qəbul etməlidir.